Baş səhifə >Xəbərlər

Xəbərlər

FIA 2023-ün qalib avtomobilləri Heydər Əliyev Mərkəzində sərgilənəcək
2023-11-28 10:59:00
619

Bakıda keçiriləcək Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edəcək tədbirlərdən biri də 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif  çempionatların qalib avtomobillərinin sərgisi olacaq.

Sərgi dekabrın 6-da FIA tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. İctimaiyyət üçün açıq olacaq sərgidə 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship), Formula E, Dünya Kartinq Çempionatında (Mondokart.com FIA Karting World Championship - KZ) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş olunacaq.

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanlarını yaşamaq imkanı qanacaqlar.

 

Xatırladaq ki, dekabrın 5-dən 8-nədək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edəcək. Mükafatlandırma mərasimində il ərzində avtomobil idmanı sahəsindəki qaliblərə mükafatlar təqdim olunacaq.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
108487

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
9029

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
8672