Baş səhifə >Xəbərlər

Xəbərlər

Basqal–Şamaxı “Off-Road” Yürüşü
2025-10-24 14:34:00
29

24 oktyabr tarixində Azərbaycanın füsunkar təbiəti fonunda həyəcan dolu Basqal–Şamaxı “Off-Road” yürüşü keçirilib. İştirakçılar yolsuzluq şəraitində 35 km-lik çətin marşrutu qət edib, Basqal kəndindən Şamaxı istiqamətinə doğru irəliləyiblər. Yürüşdə 14 “Baqqi” avtomobili iştirak edib.

Bu macəra dolu yürüşün məqsədi Azərbaycanın dağlıq və meşəlik relyeflərini, mənzərəli bölgələrini kəşf etmək və təqdim etməklə yanaşı, ölkədə “off-road” idman növünün inkişafına və bu sahəyə olan marağın artırılmasına töhfə vermək olub.

Yürüş boyunca iştirakçılar çətin relyef və fərqli təbii şəraitlə qarşılaşıblar, bu isə onlara həm fiziki, həm də taktiki bacarıqlarını sınaqdan keçirmək imkanı yaradıb. Tədbir həm iştirakçılar, həm də izləyicilər üçün unudulmaz və həyəcanverici anlar vəd edib.

“Off-Road” yürüşü Azərbaycan Avtomobil Federasiyasının dəstəyi və iştirakı ilə keçirilib. Yürüşün təşkilatçıları iştirakçıların və tamaşaçıların təhlükəsizliyinə xüsusi diqqət yetiriblər və bütün protokol və təhlükəsizlik qaydaları ciddi şəkildə təmin olunub.

Bu yürüş həm də Azərbaycan təbiətinin gözəlliklərini və ölkənin idman turizmi potensialını dünyaya nümayiş etdirmək üçün əla fürsət olub.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
110982

Bakının ev sahibliyi etdiyi FIA Mükafatlandırma mərasimi möhtəşəmliyi ilə yaddaqalan oldu

08.12.2023
21323

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

13.07.2024
20786