2025-ci ilin 19-21 sentyabr tarixlərində baş tutmuş Formula 1 Azərbaycan Qran-Prisi maraqlı və unudulmaz anları ilə yaddaqalan oldu.
“Red Bull” komandasının pilotu Maks Ferstappen bu mərhələnin qalibi olub. “Mercedes” komandasının pilotu Corc Rassell yarışı ikinci, “Williams” komandasının pilotu Karlos Saynz isə üçüncü yerdə tamamlayıb.