Baş səhifə >Xəbərlər

Xəbərlər

Klassik Avtomobillərin Yürüş və Sərgisi
2021-11-07 14:11:00
1792

Bu gün Bakıda Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə klassik avtomobillərin yürüş və sərgisi keçirildi.

 

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Vintage Garage” və “Klassik Avtomobillər Klubu”u Zəfər Günü münasibətilə klassik avtomobillərinin yürüşünü təşkil edib. Yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Maraqlı tarixi olan bu avtomobillər, zaman keçdikcə daha çox dəyərə sahib olurlar.

 

Heydər Əliyev Mərkəzinin qarşısından start alan yürüş Buzovna qəsəbəsinə kimi davam edib. Yürüş zamanı şəhər sakinləri ordumuzun şanlı qələbəsini klassik avtomobillərlə qeyd edən yürüş iştirakçılarını böyük rəğbətlə qarşılayıblar.

ƏN ÇOX OXUNANLAR

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106647

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8018

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7398