Main Page >News

News

Bəhreyn qran-prisi: İlk sərbəst yürüş başa çatıb
2020-03-26 10:55:00
3367

Birinci sərbəst yürüş zamanı Bəhreyndə günəşli hava hökm sürürdü. Havanın istiliyi +28 C, trassın temperaturu isə +48 C dərəcə idi. Sessiyaya gəldikdə isə...  Sərbəst yürüşün lap əvvəlində  Lens Strol  uğursuzluq yaşadı. Kanadalı pilot idarəetməni itirərək trassdan kənara çıxdı və beton plitələrdən birinə dəydi. Buna baxmayaraq, Strol bolidini bokslara çatdırmağı bacardı. Mexaniklərin müdaxiləsi nəticəsində, Strol trassa yenidən çıxa bildi.  Yürüş  zamanı Covinatsi ilə Hülkenberqin də bir toqquşması baş verdi. Sessiyanın sonlarında isə Romen Qrojan  bolidinin ön antiqanadını zədələdi.

Yekunda sessiyanı Şarl Lekler ən yaxşı nəticə ilə başa vurdu. Onun komanda yoldaşı Fettel 2-ci oldu. Mövsümün ilk qran-prisinin qalibi, Valteri Bottas 3-cü nəticə göstərdi.

Sərbəst yürüşlərin birinci sessiyasının ümumi nəticəsi isə belədir:

  1. Ş. Lekler                    Ferrari                1:30:354                     
  2. S. Fettel                     Ferrari                1:30:617  
  3. V. Bottas                    Mersedes           1:31.328   
  4. L. Həmilton                Mersedes           1:31.601 
  5. M. Ferstappen           Red Bul              1:31.673
  6. P. Qasli                      Red Bul              1:31.815
  7. K. Sayns                    Maklaren            1:31.952
  8. N. Hülkenberq            Reno                  1:32.040
  9. D. Kvyat                     Toro Rosso         1:32.339
  10. K. Raykkonen            Alfa Romeo         1:32.385
  11. D. Rikkardo                Reno                   1:32.401
  12. K. Maqnussen            Haas                   1:32.602
  13. A. Elbon                     Toro Rosso          1:32.874
  14. S. Peres                     Rasinq Point        1:32.885
  15. L. Norris                     Maklaren              1:32.945
  16. A. Covinatsi                Alfa Romeo          1.32.949
  17. R. Qrojan                    Haas                    1:32.994
  18. L. Stroll                       Rasinq Point        1:33.518
  19. C. Rassell                   Vilyams                1:34.188
  20. R. Kubitsa                   Vilyams                1:34.253

2-ci sərbəst yürüşlər

İkinci sərbəst yürüşlər zamanı günəşin batması ilə əlaqədar havanın və asfaltın hərarəti aşağı düşüb. Bu da ilk sessiyadakı  nəticələrin dəyişəcəyi anlamına gəlib. Komandalar sessiyanın əvvəlindən sazlanmaların yoxlanılmasına keçib.

 İlk məşq və sessiyadan sonra asfaltın üst qatı işlənmiş rezinlə örtülsə də, bu Kimi Raykonenin sürüşməsinə əngəl olmayıb. Bundan sonra boksa qayıdan finlandiyalı pilot məşqlərin sonuna qədər trassa dönməyib.

 Səhər sərbəst yürüşlərində olduğu kimi protokollara Ferrari pilotları başçılıq ediblər. Ən yaxşı nəticəni Sebastyan Fettel göstərib. O, dövrəni keçən il Kimi Raykonenin nəticəsindən 1 saniyə yaxşı başa vurub. Mersedes sürücüləri keçən il olduğu kimi Ferrari pilotlarına o,6 saniyə uduzublar..

2-ci sessiyanın nəticələri

Most Viewed

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır

30.10.2023
106603

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
7991

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7375