Main Page >Interesting

Interesting

Marauder dünyanın ən dözümlü avtomobilidir

Dünyanın ən dözümlü avtomobili adına “Marauder” layiq görülüb. 2011-ci ildə Cənubi Afrika Respublikasında istehsal olunan bu nəqliyyat vasitəsi öz dözümlülüynə görə Ginnesin rekordlar kitabına düşüb. Çəkisi 15 ton, uzunluğu 6.12 metr, eni 2.48 metr,

hündürlüyü isə 2.66 metr olan “Marauder”in sərnişin tutumu 8 nəfərdir. Möhkəmliyi və geniş imkanlara malik olması onu dünyanın ən bahalı avtomobillərindən biri edir. Daha çox hərbi məqsədlər üçün istifadə olunan bu nəqliyyat vasitəsi nəinki güllə keçirmir, hətta minalı ərazidə sərbəst şəkildə hərəkət edir və bu zaman partlayan minalar belə onun sərnişinləri üçün təhlükə yaratmır. Bundan əlavə, istənilən divar səddi asanlıqla dağıdır, ən qəliz yollarda uğurla irəliləyir. Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, “Marauder” hərbi qərərgah kimi də fəaliyyət göstərə bilər. Avtomobil dolu çənlə birdəfəyə 700 km. məsafə qət etmək imkanına malikdir. Nəqliyyat vasitəsi 18 ton yükü asanlıqla daşıya, dərinliyi yarım metrə çatan su maneələri uğurla keçə bilir. Maksimum sürət həddi isə saatda 120 km. dir. Odur ki, bu avtomobilin içərisində olan şəxs özünü tam qorunmuş hiss edə bilər. Avtomobil  öz görkəmi ilə şəhər yollarında vahimə yaratsa da, müasir dövrdə ondan hərbi məqsədlər üçün geniş istifadə olunur.