Gülhüseyn Abdullayev Formula Gulf 1000 yarışında qələbə qazandı

Azərbaycan pilotu Gülhüseyn Abdullayev “Formula Gulf 1000” yarışında növbəti qələbəsini qazanıb. İdmançı yarış seriyasının Dubay avtodromunda keçirilən 9-cu mərhələsində ikinci, 10-cu mərhələdə isə ən yaxşı nəticə göstərərək birinci yerə sahib olub.

 

Yarışda əsas mübarizə çepionatın lideri Kato Poulsen (Danimarka) ilə Gülhüseyn Abdullayev (Azərbaycan) arasında gedib. Yarışa birinci sırada başlayan Danimarka təmsilçisi 7-ci dövrədə səhv edib və yarış avtomobilinin ön qanadını zədələyib. Bundan istifadə edən G.Abdullayev liderliyi ələ alıb və onu yarışın sonunadək qorumağı bacarıb.

 

Qeyd edək ki, həm Poulsen, həm də Abdullayev GulfSport yarış məktəbinin tələbələridir və yaxın gələcəkdə F4 və EuroFormula Open (F3) kimi mötəbər yarışlarda iştirak etməyi planlaşdırırlar.

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər